Bakı-Sumqayıt yolunda yenə dəhşətli qəza
15.10.2015 895 0.0 0

Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib. "Tofaş" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

Məlumata görə, Bakı-Sumqayıt maqistral yolunun saray postu yaxınlığında, "Tofaş" markalı, 90- ZG- 253 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olan 1971-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasının Şərur rayonu sakini Mirməcid Mirəhəd oğlu Eminov qəfildən idarəetməni itirib və avtomobili dəmir arakəsməyə çırpıb. Qəza o qədər şiddətli olub ki, dəmir arakəsmə avtomobilin qabaq hissəsindən girərək arxasından çıxıb.

Hadisə nəticəsində sürücü avtomildə tək olub və ağır xəsarətlər alıb. Onu dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan  yaralının reanimasiya şöbəsinə yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu bildirdilər.

Faktla bağlı araşdırma aparılır. 

 

 

 

 


Qəzadan fotolar

Bu, Bakı-Sumqayıt yolunda baş verən ilk hadisə deyil. Sentyabr ayının 17-də də Ceyranbatan su anbarının yaxınlığında dəhşətli yol qəzası qeydə alınmışdı. 1988-ci il təvəllüdlü Baloğlan Güloğlan oğlu Ağakişiyevin idarə etdiyi “Ford” markalı mokroavtobusun məhəccərə çırpılması nəticəsində 3 nəfər ölmüş, 10 nəfər xəsarət almışdı. Həmin hadisə zamanı da dəmir arakəsmə avtomobilin salonuna girdiyi üçün 3 nəfərin ayağı qopmuşdu./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar