Bakı-Sumqayıt yolunda iki avtomobil toqquşub, xəsarət alanlar var
05.06.2017 665 0

Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hərəkətdə olan "Tofaş" markalı, 10-CD-426 dövlət nömrə nişanlı və "Toyota-Avalon" markalı, 50-DS-002 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, "Tofaş" markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb./apa/
Digər xəbərlər:
Şərhlər