Bakı sakini metroda təhlükəli vəziyyət yaradıb
04.12.2017 870 0.0 0

Bakı metrosunda 40 yaşlı kişi qatar vaqonları arasında getməyə cəhd göstərib. 

Məlumata görə, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev məlumat verib. 

Onun sözlərinə görə, bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Sabir Siyavuş oğlu Nuriyev həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib: "Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı, baş verə biləcək bədbəxt hadisəyə də mane olublar. Həmin şəxs saxlanılaraq polis əməkdaşlarına təhvil verilib". 

Faktla bağlı "Bakı Metropoliteni"ndə Poliş Şöbəsində araşdırma aparılır. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar