Bakı-Novorossiysk üzrə nəql olunacaq neftin həcmini açıqlanıb
27.07.2015 642 0.0 0

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu ilin III rübündə Bakı-Novorossiysk neft kəməri üzrə 423 min ton neft nəql edəcək. Bunu  SOCAR-dakı mənbə deyib.

Onun sözlərinə görə, Rusiyanın "Transneft" şirkəti bu həcmlə bağlı sifarişi artıq təqdir edib: "III rübdə neft kəməri üzrə nəql edilməsi planlaşdırılan neftin ümumi həcmindin 168 min tonu iyul, 85 min tonu avqust, 170 min tonu isə sentyabr ayının payına düşəcək".

Qeyd edək ki, SOCAR bu il özünün hasil etdiyi 1,7 milyon ton nefti ixrac etməyi planlaşdırır. 2014-cü ildə bu rəqəm 1,55 milyon ton olub.

SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri üzrə 932,16 min ton, 2013-cü ildə isə 1,75 milyon ton neft nəql edib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar