Bakı Baş Gömrük İdarəsi onlara basqın olması barədə yazılanlar haqda məlumat yayadı
04.03.2015 753 0.0 0

"Bakı Baş Gömrük İdarəsinə heç bir basqın və silahlı insident olmayıb. Bununla bağlı bəzi media orqanlarında yazılanların əsası yoxdur və yalandır". Bu barədə  Bakı Baş Gömrük İdarəsindən bildirilib.

 

Məlumatda qeyd olunub ki, bu barədə yayılmış məlumatlar dəqiqləşdirilməmiş və həqiqətdən uzaqdır.

 

Qeyd edək ki, bu gün bəzi saytlarda Bakı Baş Gömrük İdarəsinə basqın edilməsi, silahlı insident baş verməsi və bir əməkdaşının yaralanması, seyfdən pul aparılması barədə məlumat yayılıb.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar