Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarışların 4-cü günü başlayır.
Trend-in məlumatına görə, bu gün kişi və qadın həndbolçulardan ibarət komandalar arasında qrup oyunlarına yekun vurulacaq.
Azərbaycanın qadınlardan ibarət yığması Türkiyə, kişilərdən ibarət millisi isə Əlcəzairlə qarşılaşacaq.
TƏQVİM:
| 
  09:00 - 10:35  | 
 
  Kişilər Komanda Qrup oyunu B2-B3 (Mərakeş - İraq)  | 
 
| 11:15 - 12:50 | 
  Kişilər Komanda Qrup oyunu A2-A3 (Səudiyyə Ərəbistanı - Pakistan)  | 
 
| 13:30 - 15:05 | 
  Qadınlar Komanda Qrup oyunu A4-A2 (Özbəkistan - Kamerun)  | 
 
| 15:45 - 17:20 | 
  Qadınlar Komanda Qrup oyunu A1-A3 (Azərbaycan - Türkiyə)  | 
 
| 18:00 - 19:35 | 
  Kişilər Komanda Qrup oyunu B4-B1 (İordaniya - Türkiyə)  | 
 
| 20:15 - 21:50 | 
  Kişilər Komanda Qrup oyunu A4-A1 (Azərbaycan - Əlcəzair)  | 
 
Yarışların 4-cü günündə kişilərdən və qadınlardan ibarət komandalar arasında voleybol oyunlarına start veriləcək. Azərbaycanın qadın voleybolçuları A qrupunda Qırğızıstan, kişi idmançıları isə Pakistandan olan rəqibləri ilə qarşılaşacaqlar.
TƏQVİM:
| 
  10:00 - 12:30  | 
 
  Kişilər Komanda Qrup oyunu A1 (Türkiyə - Türkmənistan)  | 
 
| 12:30 - 15:00 | 
  Qadınlar Komanda Qrup oyunu A1 (Türkiyə - Tacikistan)  | 
 
| 
  19:00 - 21:30  | 
 
  Qadınlar Komanda Qrup oyunu A2 (Azərbaycan - Qırğızıstan)  | 
 
| 21:30 - 23:59 | 
  Kişilər Komanda Qrup oyunu A2 (Azərbaycan - Pakistan)  | 
 
Bu gün, həmçinin futbol komandaları arasında qrup oyunlarının II turu keçiriləcək. İlk oyunda Kamerun yığması ilə qolsuz bərabərə qalan millimiz bu dəfə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
TƏQVİM:
| 
  10:30 - 12:30  | 
 
  Kişilər Komanda Qrup oyunu B3 (Oman - Türkiyə)  | 
 
| 
  12:30 - 14:30  | 
 
  Kişilər Komanda Qrup oyunu A3 (Kamerun - Mərakeş)  | 
 
| 
  16:30 - 18:30  | 
 
  Kişilər Komanda Qrup oyunu B4 (Fələstin - Əlcəzair)  | 
 
| 
  18:30 - 20:30  | 
 
  Kişilər Komanda Qrup oyunu A4 (Azərbaycan - Səudiyyə Ərəbistanı)  | 
 
Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.




