Bakı-2015: Məşəl növbəti rayonda
01.05.2015 669 0.0 0

Bakıda keçiriləcək Avropa Oyunlarının məşəlinin gəzintisi davam edir.

Məlumata görə, paytaxtda qədim od məbədi Atəşgahda alovlandırılan məşəl Naxçıvan və Lənkəranın ardınca bu gün də cənub zonasını dolaşıb.

 

Oyunların rəmzi ilə öncə Lerik sakinləri tanış olublar. Lənkərandan gətirilən Olimpiya məşəlinin şəhərin giriş qapısında qarşılanma mərasimi təşkil edilib. Talış dağlarının yüksəkliyində, təmiz dağ havasının uzunömürlülüyü təşviq etdiyi ərazidə estafet saat 11:00-da start götürüb.

 

Məşəli qəbul edən lerikli idmançı Rafiq Əliyev 10 həmkarı ilə birgə yürüşü davam etdirib. 1515 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər sakinlərin alqış sədalarının müşayiəti ilə Nəriman Nərimanov küçəsi ilə hərəkət edərək, Heydər Əliyev Meydanına çatdırıblar. Burada fəxri bədən tərbiyəsi və idman işçisi İlham Zülfiyev məşəli Meydanda qurulan səhnəyə qaldıraraq, simvolik çırağı yandırıb. Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlətimizin başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar