Bakı-2015-in 19 yaşlı qızıl medalçısı özünə yeni maşın aldı (FOTO)
06.07.2015 774 0.0 0

Bakı 2015 I Avropa Oyunlarında Azərbaycana qızıl medal qazandıran Ayxan Tağızadə özünə yeni avtomobil alıb.

Məlumata görə, taekvondo üzrə kişilər arasında 68 kiloqram çəkidə qızıl medalın sahibi bunu öz instagram səhifəsində paylaşıb. “Dodge” markalı maşının fotosunu paylaşan Ayxanın bunu hansı qiymətə aldığı bilinmir.

İyunun 12-dən 28-nə kimi ölkəmizdə keçirilən Avropa Oyunlarında milli komandamız 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci pillənin sahibi olmuşdu.

 

 

Onlara verilən mükafatlara gəlincə isə I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), pul məbləği ayrılmışdı.

Birinci Avropa Oyunlarında taekvandoçumuz Ayxan Tağızadə Azərbaycan millisinə 11-ci qızıl medalı qazandırıb.

Məlumata görə, taekvandoçumuz finalda polşalı idmançı Karl Robakla qarşılaşıb.

Döyüş çox gərgin keçib. 3-cü raund 9:9 hesabı ilə başa çatdığına görə, 4-cü raunda ehtiyac yaranıb. İdmançımız bu raunda qələbə qazanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar