Bakı 2015-dəki dünya şöhrətli qadın boksçular
14.06.2015 768 0.0 0
Dünya, Avropa və Olimpiya çempionları qızıl medal uğrunda yarışırlar

Qadın boksçuların ən tanınmış nümayəndələri Bakı 2015 birinci Avropa Oyunlarında yarışmaq üçün Bakıya gəliblər.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Olimpiya və Birləşmiş Krallıq yarışlarında çempion olmuş britaniyalı Nikola Adams, Avropa çempionu Stoyka Petrova və Dünya Çempionatının ikiqat gümüş medalçısı olmuş italiyalı Teri Qordini ilə birlikdə yüngülvari çəki dərəcəsində idmançılar arasında liderdirlər.

İdmançı Adams yarışlarda güclü mübarizələr olacağından əmindir. Ancaq o, bacarığına arxayındir:

Çətin olacağını bilirəm, amma bura qələbə qazanmaq üçün gəlmişəm. Kiminlə yarışacağımı bilmədən bütün diqqətimi hansısa rəqibə yönəltmək istəmirəm. Olimpiya çempionatının və Birləşmiş Krallıq Oyunlarının qızıl medalını qazanan ilk qadın olmuşam. Avropa Oyunlarında da qadınlar arasında birinciliyi qazanacağam.-Nikola Adams

Bakı 2015-də boks idman növü üzrə yarışacaq Olimpiya çempionu və beşqat Dünya çempionu olmuş İrlandiyalı Keti Teylor, yüngül çəki dərəcəsində ən güclü idmançılardan biridir. O, 2014-cü ildə yarım-yüngül çəkidə Dünya çempionu adını qazanıb. İndi yeni çəki dərəcəsində öz bəxtini sınayan Zinaida Dobrina ilə mübarizə aparacaq.

Yarım-yüngül çəki dərəcəsində yarışacaq bu iki boksçu 2014-cü ildə Cedcu şəhərində keçirilmiş Dünya Çempionatından sonra ilk Avropa Oyunlarında boks yarışlarının keçiriləcəyi Bakı Kristal Zalında yarışacaqlar.

Burada, yarım-yüngül çəki dərəcəsində yarışacaq digər güclü boksçular, 2014-cü ildə Cedcu şəhərində keçirilmiş Dünya Çempionatının qızıl medal sahibləri olmuş bolqarıstanlı Stanimira Petrova və ikinci yeri qazanmiş italiyalı Merziye Davide, həmçinin də bürünc medal sahibi türkiyəli Ayşe Taş və rusiyalı Yelena Savelyovadır.

Dünya çempionu olmuş rusiyalı Anastasiya Belyakova ikinci yerin qalibi britaniyalı Sendi Rayan və yarım-orta çəkililər arasında bürünc medalçı Azərbaycanl təmsil edəcək Yelena Vistropova ilə görüşəcək. Gənc Dünya çempionu isveçli Agnis Aleksyusonlə isə əlavə görüş keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar