Bağayarpağı- ölümsüz ot! Qanı təmizləyir, öskürəyi, astmanı sağaldır + 1001 DƏRDİN ƏLACI!
27.02.2017 5197 0.0 0

Bağayarpağı, bir çox xəstəliyin bitgisəl müalicəsində istifadə edilir. Xüsusilə, çayı hazırlamaq və ya dəri baxımında maska halında istifadə olunur. Çiban, apse, ekzama, şiş, parazitlərə qarşı və sızanaq, gənə, qara nöqtələrin müalicəsində istifadəsi başlıca faydalarındandır.
Bağayarpağı otu nədir? Digər adı ilə damar otu Azərbaycanın demək olar ki hər bölgəsində yetişə bilən çox illik bir bitkidir. Uzunluğu 7-90 sm arasında dəyişəbilən bu bitki ümumilikdə boş ərazilərdə, şam meşələrində, otlaqlarda, su kənarlarında və bataqlıqlarda yetişəbilməktədir. Aprel-Oktyabr ayları arasında çiçək açar.

Bağayarpağı-Damar otu bitkisinin faydaları: 
Apse və çibanı yaxşılaşdırır.
Ziyillərə müsbət təsir edir, buna görədə bir çox bölgədə ziyilotu olaraq da tanınır.
Bəlğəm təmizləyicidir.
Sinə yumşaltma xüsusiyyəti var.
Qəbizliyə qarşı istifadə olunur.
Sidikqovucu xüsusiyyəti var.
Qurdsalmada olduqca təsirlidir.
Mədə ağrılarına qarşı istifadəsi tövsiyyə edilir.
Uşaqlıq xərçəngi xəstələrinə tövsiyyə edilir.
Damar trombuna qarşı istifadəsi tövsiyyə olunur.
Ekzama kimi dəri xəstəliklərini sağaltdığı sübut olunmuşdur. 
Bağayarpağının şiş hüceyrələrini bərpa edici xüsusiyyəti var.
Yarpaqları dəriyə qulluqda istifadə olunur. Sızanaq, gənə və qara nöqtələri aparır.
Gizli şəkər xəstəliyinə qarşı olduqca faydalıdır.
Sinir otu-Damar otu necə istifadə olunur?
Ekzama müalicəsində istifadə üçün ilk olaraq damar otunun yarpaqlarından bir ovuc götürüb əzməlisiniz. Hazırladığınız bu əzməni ekzamalı bölgələrinizə çəkərək tətbiq edin.
Apse və çiban müalicəsində istifadə üçün əvvəlcə sinir otunu isti bir suyun içərisində gözlədin. Yumşalmış otu problemli bölgənizə sürtün və həmin yeri sarıyın.
Bəlğəm gətirmə, sinə yumşaltma, qəbizlik və sidikqovmaq məqsədilə istifadə üçün gündə 2-3 fincan sinir otu ilə dəmlənən çay içməlisiniz.
Qurdsalma effektindən faydalanmaq üçün ilk olaraq damar otunun yarpaqlarını döyün. Ardından döyülmüş yarpaqları udun.
Mədə ağrılarını yüngülləşdirmək üçün faydalanmaq fikrindəsinizsə etməli olduğunuz şey sinirotu yarpaqlarını birbaşa yeməkdir.
Əgər uşaqliq xərçəngi müalicəsində istifadə etmək istəyirsinizsə hazırlayacağınız çayla uşaqlığın yuyulması gərəklidir.
Damar tronbu müalicəsində bu bitkini istifadə etmək üçün təzə yarpaqlarla hazırlanmış çayını içməniz lazımdır.

Bağayarpağı otu çayı necə hazırlanır?
1 stəkan suyun içərisinə 1 çay qaşığı xırda halda olan damar otunu əlavə edin. Qarışımı 2 dəqiqə qaynadın. Ardından ocağı söndürün və 10 dəqiqə dəmlənməyə qoyun. Dəmləndikdən sonra süzərək içə bilərsiniz.
Üz baxımında ( gənə, sızanaq, qara nöqtə müalicəsində) 

Bağayarpağı otunun istifadəsi
Bağayarpağı otu bitkisinin yarpaqları sızanaq, qara nöqtə və gənə kimi üzdəki ləkələrin təmizlənməsində istifadə olunur.

Necə hazırlanır?
Bağayarpağı otunun yarpaqlarını əzərək suyunu çıxarın . Əldə edəcəyiniz su ilə dərinizə kompres edin. 30 dəqiqədən sonra yaxalayın. Xüsusilə üzdəki sızanaqların tez bir şəkildə keçməsinə təsir göstərəcəkdir./Saqlamheyat.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar