BƏƏ şahzadəsi Türkiyəyə səfər etdi- Türkiyə iqtisadiyyatına yatırılacaq vəsaitin həcmi açıqlandı
24.11.2021 306 0.0 0

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyan bu gün Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib.

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, BƏƏ vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyanı Türkiyə prezidentinin Ankaradakı sarayına suvarilərin müşayətilə gətirilib.

Təkbətək və nümayəndə heyətlərinin görüşündən sonra, Türkiyə iqtisadiyyatının 9 sahəsinə sərmayə qoyluşu haqda səndələr imzalanıb.

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, sənədlərin imzalanma mərasimində, Türkiyə Cumhuriyyətinin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri , Xarici işlər naziri Mövlud Çavuşoğlu, Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez​​​​​​​, Xəzinə və Maliyyə naziri Lütfi Elvan​​​​​​​, Milli Müdafiə naziri Hulusi Akar, Sənaye və Texnologiya naziri Mustafa Varank, Ticarət naziri Mehmet Muş, Nəqliyyat və İnfrastruktur naziri  Adil Karaismailoğlu ​​​​​​​, İnzibati İşlər Başçılığının sədri  Metin Kıratlı,​​​​​​​Prezidentin sözçüsü İbrahim Kalın ​​​​​​​,  Türkiyə Respublikası Mərkəzi Bankının sədri Şahap Kavcıoğlu​​​​​​​, Türkiyə Sərvət Fondu (TVF) İdarə Heyətinin sədr müavini Prof. Dr. Erişah Arican​​​​​​​, TVF baş direktoru Salim Arda Ermut və Prezident İnvestisiya İdarəsinin sədri Burak Dağlıoğlu iştirak edib.

Nümayəndə heyətləri arasında danışıqlar və iki liderin görüşündə ən mühüm mövzu iqtisadi əlaqələrin inkişafı olub.

Bundan başqa, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlərin bütün ölçüləri ilə nəzərdən keçirilidiyi, əməkdaşlığın inkişafı üçün atılacaq addımların müzakirə olunduğu bildirilir. 

Xatırladaq ki, BƏƏ vəliəhdi Məhəmməd Bin Zayed Əl Nəhyan Türkiyə Respublikasına 100 milyard dollar sərmayə qoya biləcəyinə hazır oldduqlarını açıqlamaqla yanaşı, hazırkı səfər zamanı, Birləşmiş Ərəb Əmirlikləri Türkiyəyə dövlətinin müxtəlif sahələrinə  10 milyard dollarlıq sərmayə yatırılması haqda razılıqa gəldiklərini bildirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar