Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet deyil
31.03.2017 632 0.0 0

Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi ABŞ üçün artıq prioritet sayılmır.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.   
 
“Əsədin uzaqlaşdırılması artıq ABŞ üçün prioritet sayılmır”, - deyə Xeyli jurnalistlərə bildirib. “Bizim prioritetimiz – Suriya xalqının güzəranını yaxşılaşdırmaq üçün nə edəcəyimizi, kiminlə çalışacağımızı  real anlamaqdır”, - deyə Heyli qeyd edib.   
 
“Əvvəlki administrasiyada olduğu kimi, fikrimizi Əsəd üzərində cəmləşdirə bilmərik”, - deyə o qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar