Bəşər Əsəd ABŞ-ı ittiham etdi
03.11.2016 765 0.0 0

“ABŞ Deyr əz-Zor şəhərində Suriyanın hökumət qüvvələrinə qəsdən zərbə endirib”.
 
RİA Novosti-yə istinadən verilən məlumata görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd Serbiya qəzetinə müsahibəsində deyib. O, Hələbdəki vəziyyətlə bağlı istənilən barışıq və siyasi təşəbbüsünü pozulmasına görə məsuliyyəti də rəsmi Vaşinqtonun üzərinə atıb: “ABŞ yalnız silahlılara lazım olan zaman atəşin dayandırılmasını tələb edir. Bu isə onlara yenidən təşkilatlanmaq və əlavə dəstək almaq imkanı verir”.
 
Bəşər Əsədin sözlərinə görə, Rusiya ə ABŞ hazırda Suriyada terrorçularla mübarizə məsələsində müttəfiq ola bilməz. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar