Azyaşlı pəncərənin dəmir barmaqlıqları arasında qalaraq boğulub
18.07.2016 824 0

Ağcabədidə azyaşlı uşaq faciəli şəkildə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 16-da Ağcabədi rayonunun Kürdlər kəndində qeydə alınıb. Kənddə yaşayan Səmərqə Süleymanovanın evində Bakı şəhər sakini, nəvəsi, azyaşlı Zəhra Abıyeva pəncərəyə quraşdırılmış dəmir barmaqlıqların arasında qalaraq boğulub.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər