
“Onun partiya mənsubluğu yoxdur”.
“Azercell” şirkətinin keçmiş rəhbəri Kirill Qaburiç Moldovanın Liberal-Demokrat Partiyasının (LDP) baş nazir vəzifəsinə namizəddir.
Moldova KİV-nə istinadən verilən xəbərə görə, bu barədə LDP-nin lideri Vlad Filat bildirib.
“Ümid edirəm ki, onun namizədliyi parlamentdə lazım olan səsləri toplaya biləcək. Cənab Qaburiçin partiya mənsubluğu yoxdur”, - Filat deyib.
O qeyd edib ki, Qaburiçin namizədliyi barədə qərar partiyanın Siyasi Şurası tərəfindən yekdilliklə qəbul edilib.
Qeyd edək ki, öncə Kirill Qaburiç Moldovada mobil rabitə şirkətlərindən birinin baş direktoru vəzifəsini tutub.
2012-c ildə o, Azərbaycanda “Azercell” şirkətinin rəhbəri vəzifəsinə təyin olunub. Lakin o, Teliasonera Group şirkətində çalışmaqda maraqlı olmadığını bildirərək 2014-cü ilin dekabrında bu vəzifədən gedib.
Qaburiçin namizədliyi şənbə günü (bu gün) keçiriləcək məsləhətləşmələrdə ölkə prezidenti Nikolay Timoftiyə rəsmən təqdim olunacaq.
Fevralın 10-da keçirilən ilk iclasda Moldovanın Baş nazirini seçmək mümkün olmayıb/Oxu.Az /