Azərbaycanlıların təşkilatçılığı ilə türkdilli tələbələr Novruz şənliyi keçirib
25.03.2015 787 0.0 0

23.03.2015 tarixində Sakarya universiteti Azərbaycan Tələbə Birliyi və Sakarya Universiteti ilə birlikdə Türk Dunyası tələbələrini bir araya gətirərək həmin Unversitetin şəhərciyində "Novruz Bayramı" şənliyi keçirilib.

Şənlikdə Sakarya universitetinin Rektoru Prof.Dr.Muzeffer ELMAS və digər rəhbər şəxslər qatılıb.Tədbirdə Sakarya Universitetinin Azərbaycan Tələbə birliyinin sədri Aliq Bağırov rektora və digər qonaqlara dünyanın müxtəlif ölkələrindən olan tələbələrə Azərbaycanda Novruz bayramının adət-ənənələri barədə geniş məlumat verərək çoxəsrlik Azərbaycan mədəni irsinin bu gün də qürurla yaşadıldığını bildirib. Sakarya Universitetinin Rektoru Prof.Dr.Muzeffer ELMASla Azərbaycan Tələbə Birliyinin Sədri Aliq Bağırovun iştirakı ilə Novruz şənliyində tonqal qalanmasi, yumurta döyüşdürülməsi ve rəqslərlə davam etdirilib.

Universitet Rektoru Azərbaycan tələblərlə xatirə şəkli çəkdirərək tələbələrin bayramını təbrik edib. Sonda Azərbaycanının milli bayram şirniyatlarindan dadaraq tələbələrlə birgə əyləndi. Qeyd edək ki, 80 000 dən cox telebesi olan Sakarya Unversitetində 2500 -ə yaxın xarici tələbə təhsil alır.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar