Azərbaycanlı qeyri adi bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir-Video
11.05.2015 738 0.0 0
Qusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir.

 

Məlumata görə, o, arının balını da, özünü də yeyə bilir.

 

K. Balakişiyev deyir ki, 15 ilə yaxındır, arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb.

 

Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq səhhətində heç bir problem yaranmayıb. O, bu bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir.

 

Bununla belə, K. Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar