Azərbaycanlı qadın qaçqın kampında intihar edib - ALMANİYADA
22.07.2019 871 0.0 0

Almaniyanın Deggendorf şəhərində Azərbaycan vətəndaşlarının yerləşdiyi qaçqınlar düşərgəsində yaşayan Məmmədova Humay 2 gün əvvəl dərman içməklə ozunə qəsd edib.

Qazeta.info bildirir ki, bu barədə Almaniyada fəaliyyət götərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev məlumat verib. Məlumata görə 15 dəqiqə ərzində xəstəxanaya catdirilsa da bu gün xəstəxanada dünyasını dəyişib. Səbəb isə Dublin qərarinin icrasina məhrum Məmmədova Humayin əsaslı etirazının objektiv araşdırilmamağı olub.
Məlumata görə Məmmədova 1982-ci ildə Qərbi Azərbaycanda anadan olub. Müəyyən müddət Azərbaycanda hərbiçi olub və sağlamliğında problemləri olub. Lakin həkimlər onun müalicəsinə diqqət ayırmayıb.

H. Məmmədova xəstəxanaya aparılan zaman 9 azyaşli qizının Almaniyada yaşayan bacısına verilməsini xahis edib. 
Bu gün başqa bir Azərbaycanlı xanım özünə Berlində qəsd edib. Hazırda xəstəxanadadir.

Bildiririk ki, bu son 10 gündə Almaniyada 3-cu intihara cəhd hadisədir


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar