Azərbaycanlı milyarder Xəzərə 350 milyard ayırır
07.04.2015 774 0.0 0

"LUKoil" neft şirkəti Xəzər dənizinin şimalında yataqların təchiz olunması və kəşfiyyatı üçün 350 milyard rubl (6 745 milyon AZN) dəyərində intestisiya yatırmaqda maraqlıdır.
Məlumata görə, bu barədə “LUKoil-Nijnevoljkneft”şirkətinin direktoru Nikolay Lyaşko açıqlama verib.

Onun sözlərinə görə, "LUKoil" şirkəti Xəzər dənizinin şimalında yataqların kompleks şəkildə mənimsənilməsi sisteminin hazırlayıb.

"Bura 25 platforma daxildir. Bu platformalarda görüləcək işlər üçün 350 milyard rubldan artıq sərmayə yatırılacaq", - deyə Lyaşko bildirib.

O bildirib ki, şirkət Xəzər dənizinin Rusiya hissəsini kompleks şəkildə araşdırıb və 21 quyu qazılıb.

Qeyd edək ki, "LUKoil" neft şirkətinin prezidenti azərbaycanlı milyarder Vahid Ələkbərovdur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar