Azərbaycanlı milyarder: Qarabağ problemini unudaq, ermənilərlə azərbaycanlılar ailə qursunlar
09.06.2015 3714 0.0 0

"Özünü indi Rusiyada Azərbaycanlılarının Federal Milli Konqresi "AzerRos"un fəxri prezidenti adlandıran Söyün Sadıqov Rusiyada yaşayan azərbaycanlılarla erməniləri yenidən birgə nikahlar qurmağa çağırıb. O, azərbaycanlılarla ermənilərin bütün umu-küsünü unudaraq Rusiyada yenidən birlikdə çalışmalarından razı qaldığını söyləyib".

Ümumdünya Azərbaycanlılar Konqresinin Ali Şurasının üzvü Mirəşrəf Fətiyev belə deyiib.
Haqqın.az-ın məlumatına görə, S.Sadıqov 2012-ci ilin oktyabrın 24-də Rusiyadakı azərbaycanlı və erməni diasporlarının nümayəndələrinin görüşündə belə deyib.
"Söyün Sadıqov həmin görüşdə daha sonra bildirmişdi: "Bu görüşdə Ermənistan və Azərbaycan arasındakı münaqişədən danışmayanq. Dağlıq Qarabağ problemi Azərbaycanla Ermənistanın problemidir və diaspor nümayəndələri bunu yada salmamalıdır. Gəlin birgə ailələr quraq, Qarabağ problemini unudaq". Azərbaycan diasporunun nümayəndələri Söyün Sadıqova etiraz edəndə o, bizə görüşü tərk etməyi məsləhət bildi. Elə həmin görüşdə S.Sadıqov erməni general Norat Ter-Qriqoryanı öz ağsaqqalı adlandırdı. N.Ter-Qriqoryan Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatlarını hazırlamış və həyata keçirmiş qərargahın rəisi olub", - M.Fətiyev söylədi./milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər