Azərbaycanlı jurnalist tutuldu
20.04.2015 713 0.0 0

Rusiyalı jurnalist Orxan Camal saxlanılıb. Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki, o Donbasdan qayıdarkən sərhəddə saxlanılıb. 

"Exo Moskva"nın məlumatına görə, Camal separatçı Luqansk Xalq Respublikasında "Forbes" jurnalının tapşırığı əsasənda çalışıb. 

Prezident şurasının Beynəlxalq əlaqələr və insan hüquqları üzrə üzvü, jurnalist Maksim Şevçenkonun verdiyi məlumata görə, O.Camal 7 saat sorğu-sual ediib. Fotoqrafı alındıqdan sonra buraxılıb. 

Onun sözlərinə görə, jurnalist Rusiyaya qayıdarkən nəzarət buraxlış məntəqəsində federal təhlükəsilik xidməti əməkdaşları tərəfindən saxlanılıb. "O heç bir izahat verilmədən sorğu-sual edilib. Ondan hətta həyat yoldaşından nə zaman ayrıldığı da öyrənilib". 

O.Camal özü açıqlamasında bu barədə məlumatı təsdiqləyib və 7 saatdan sonra texnikası alınaraq Rusiyaya buraxıldığını bildirib. 

Xatırladaq ki, adıçəkilən jurnalist şərqşünas-islamşünas yazar Heydər Camalın ailəsində - 1966-cı il noyabrın 12-də Moskvada doğulub. O, Rusiya paytaxtındakı Geologiya-kəşfiyyat İnstitutunun məzunudur. 1988-ci ildən televiziyada,1995-ci ildən qəzetlərdə çalışıb. 

“Veçernyaya Moskva”, “Veçerniy kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta”, “Versiya” kimi nəşrlərdə imzası var. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi qaynar nöqtələrdə çalışıb. 

O.Camal 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb. 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar