Azərbaycanlı iş adamı Moskvada 6 il azadlıqdan məhrum edilib
06.12.2017 582 0.0 0

Moskvanın İzmaylovo məhkəməsi Azərbaycan əsilli iş adamı Don Rafailovu 6 il müddətinə azadlıqdan məhrum edib.

 

"Kommersant"a istinadən xəbər verilir ki, bir neçə ay davam edən istintaq araşdırmalarının nəticələrinə görə, biznesmen cinayətkar qruplaşmanın təşkili, qanunsuz miqrasiyanın təşkili və ticarət nişanlarından qanunsuz istifadə maddələri üzrə təqsirkar bilinib.

Qeyd edək ki, sahibkar, təqribən, 1500 qanunsuz miqrantın sənaye miqyasında "Bosco Sport", "Adidas" və "Chanel" markaları altında saxta məhsullar buraxdığı gizli istehsalın təşkilində ittiham edilib. D.Rafailov məhkəmə ünvanına yönələn ittihamların heç birini qəbul etməyib.

İstintaq nəticəsində müəyyən olunub ki, D.Rafailovdan başqa, mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə "İzmaylovo" ictimai istehlak fondunun baş direktorunun müavini Ancarini Basam, eləcə də suriyalı, iraqlı və vyetnamlı şəxslər daxil olub./Report/


Digər xəbərlər:
Şərhlər
avatar