Azərbaycanlı iş adamı Gürcüstanda yol qəzasında ölüb
25.11.2016 655 0.0 0

Azərbaycanlı iş adamı Gürcüstanda yol-nəqliyyat hadisəsində ölüb.

 

Məlumata görə, hadisə Gürcüstanın Qori şəhərində qeydə alınıb. Zaqatala rayonu, Yuxarı Tala kənd sakini, 1961-ci il təvəllüdlü Sabir Məmməd oğlu Şabanov idarə etdiyi “İsuzu” markalı avtomobillə qəza törədib. Nəticədə sürücü aldığı xəsarətdən ölüb. Avtomobilində olan sərnişin isə xəsarət alıb.

 

Qeyd edək ki, S. Şabanov iş adamıdır. O, Zaqatalada bizneslə məşğul olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar