Azərbaycanlı İranda özünü niyə öldürdü?
06.07.2015 811 0.0 0

Məlumata görə, Təbrizin İmam Xiyabanında yerləşən “Cəhhənamə” otelində bir nəfər özünü otağın pəncərəsindən asıb. İntihar edən şəxsin Azərbaycan vətəndaşı və Bakıdan olduğu bildirilir.

Ölüm hadisəsi Baş Konsulluq tərəfindən nəzarətə götürülüb. Bununla bağlı dərhal İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin aidiyyəti orqanlarına və İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinə müvafiq şifahi və yazılı sorğu göndərilib. Nümayəndəlikdən verilən ilkin şifahi məlumata əsasən asılmış vəziyyətdə tapılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, 1969-cu il təvəllüdlü Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib.

Bir daha bildirilir ki, məlumat Baş Konsulluğa şifahi verilib və hadisənin təfərrüatları, səbəbləri, mərhumun dəqiq kimliyi haqqında tam rəsmi dəqiqləşdirmələr Baş Konsulluq tərəfindən bir daha aparılır. Yaxın vaxtlarda Baş Konsulluq əməkdaşlarının meyitə baxış keçirməsi və cənazənin mümkün olan qısa zamanda Baş Konsulluq tərəfindən Azərbaycana yola salınması işləri görülür./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar