Azərbaycanlı gəncin məşhur italyan müğənni ilə oxuduğu duetin klipi — VİDEO
22.11.2015 2690 0.0 0

İtaliyanın məşhur müğənnisi İnqrid Alberini və azərbaycanlı gənc istedad, dünyada tanınan “Səs" yarışmasının Ukrayna versiyasının yaddaqalan ifaçısı Vaqif Nağıyev duet şəklində ifa etdikləri “Ümid yağışı” adlanan mahnının klipini təqdim ediblər.

Qazeta.info Ölkə.az-a istinadla bildirir ki, "Ümid yağışı"nın sözləri Alxanlıya, musiqisi Gövhər Həsənzadəyə, aranjimanı isə Yaşar Baxışa məxsusdur. Klipi almaniyalı Aleks Berkoviç çəkib.

Xatırladaq ki, Alberini bəstəni həm fransız, həm də Azərbaycan dilində oxuyub.

 

Dünyada tanınan “Səs" yarışması

 

İtaliyanın məşhur müğənnisi İnqrid Alberini və azərbaycanlı gənc istedad Vaqif Nağıyev


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar