Azərbaycanlı dünya çempionu Rusiyada tutuldu
12.12.2015 900 0.0 0

 

Tanınmış qaydasız döyüş ustası, dünya çempionu Sadiq Kərimov Rusiyanın Sankt-Peterburq şəhərində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.Qazeta.info  APA TV -yə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsi yayıb.

 

İstintaqın qənaətinə görə, 2012-ci ildə Sadiq Kərimov naməlum şəxslərlə birlikdə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl alıb. Onlar başqa bir kafedə də tapança ilə hədə-qorxu gələrək, pul tələb ediblər. Sadiq Kərimov və dostları daha sonra zərərçəkənin BMW markalı avtomobilini pul əvəzinə əlindən alıblar.

 

Sadiq Kərimova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Hədə-qorxu ilə tələb etmə" maddəsi ilə cinayət işi başlanılıb, ittiham irəli sürülüb.

 

Qeyd edək ki, "Qara canavar" ləqəbli Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə 74 kiloqram çəkidə dünya çempionu olub.

 

Sadiq Kərimov Lənkəran rayonunun Separadi kəndində anadan olub. O, sonradan yaşamaq üçün Rusiyaya köçüb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar