Azərbaycanlı 12-dəfə dünya çempionu oldu
22.03.2015 1114 0.0 0

Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarını 3 medalla başa vurublar.

Azərbaycan Karateçilər Federtasiyasına istinadən verilən məlumata görə, idmançılarımızdan Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb.

Kata çıxışlarında Tural Balcanlı bürünc medal uğrunda görüşdə tanınmış fransız idmançısı Min Duk Vu Dak səddini aşa bilməsə də ilk beşlikdə yer alıb.

Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması bürünc medala sahib olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar