Azərbaycanın XİN başçısı Gürcüstanda səfərdədir
29.08.2016 525 0

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov avqustun 29-da Gürcüstana səfərə gəlib.
Qazeta.info “Report”-a xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, parlamentin sədri David Usupaşvili və xarici işlər naziri Mixail Canelidze ilə görüşəcək.
Bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq məsələləri müzakirə olunacaq.
E.Məmmədyarov səfər çərçivəsində ümummilli lider Heydər Əliyevin Tbilisi şəhərinin mərkəzindəki abidəsi önünə əklil qoyacaq, Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsini yad edəcək.
Digər xəbərlər:
Şərhlər