Azərbaycanın tankçıları 6 ölkənin tankçıları ilə üz-üzə gəlir
31.07.2016 1661 0.0 0

Azərbaycan tank komandası Rusiyada fərdi yarışa çıxacaq.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, Rusiyada müxtəlif ölkələrin təmsilçilərinin iştirak etdiyi yarışın ikinci günü Azərbaycan, Belarus, Venesuela, Anqola, Qırğızıstan, Zimbabve və  Tacikistan komandaları “Alabino” poliqonunda mübarizəyə qatılacaq.
 
Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti və informasiya idarəsi “fərdi mübarizə” aparacaq tank heyətlərinin 5 km uzunluqda yol qət edəcəyini, top və pulemyotdan atış həyata keçirəcəyini açıqlayıb. Hər mərhələdə atəş hədəfi olaraq tank və vertolyot maketlərinə zərbə endiriləcək. Tank əleyhinə maketlər də atəş hədəfləri olacaq. Tanklar məsafə qət edərkən müxtəlif maneələri aşmalıdır.
 
Qeyd edək ki, yarışda ümumilikdə 12 ölkənin tank komandası iştirak edir. İyulun 30-da başlayan yarış avqustun 13-ə qədər davam edəcək. Yarışda Çin komandası öz ölkələrinin istehsalı olan tankla,  Belarus komandası “T-72” markalı tankla, digər komandalar isə Rusiyanın təqdim etdiyi “T-72B3” tipli tankla iştirak edirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar