Azərbaycanın məşhur riyaziyyat müəllimi vəfat edib
17.01.2017 1281 0.0 0

Azərbaycanın məşhur riyaziyyat müəllimi, əməkdar müəllim Malik Aranlı (Qəhrəmanlı) vəfat edib.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, M.Aranlı uzun sürən xəstəlikdən sonra 60 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Aranlı 1956-cı il dekabr ayının 17-də İmişli şəhərində anadan olub.

1978-ci ildən 1992-ci ilə kimi Aranlı kənd orta məktəbində riyaziyyat müəllimi, 1992-ci ildən dünyasını dəyişənə qədər Aranlı kənd N.Əsədov 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb. Məntiqi-riyazi “Məntiq və Riyaziyyat” jurnalının təsisçisi və baş redaktoru olub. Riyaziyyat və məntiqə aid onlarla kitabın müəllifidir. 2008-ci ildə əməkdar müəllim adına layiq görülüb.

Allah rəhmət eləsin!


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar