Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb
15.09.2016 509 0.0 0

2016-cı ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 157 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 mlrd. 133,6 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 7 mlrd. 376,3 mln. dollar, idxalın dəyəri 4 mlrd. 757,3 mln. dollar təşkil edib, nəticədə 2,619 mlrd. dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
Ticarət dövriyyəsinin 41,2%-i (yanvar-iyunda 40%) Avropa İttifaqı ölkələri, 12,2%-i (16,5%) MDB üzvü dövlətləri, 46,6%-i (43,5%) isə dünyanın digər ölkələrinin payına düşüb.
 
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, alüminium və ondan hazırlanan məmulatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar