Azərbaycandan icazəsiz Qarabağa getdiyinə görə Milli Şuranın sabiq spikeri barəsində cinayət işi başlanıb
10.04.2015 718 0.0 0

Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmiş Slovakiya vətəndaşı barəsində cinayət işi başlanıb.

 

Əldə olunan məlumata görə, adı “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”nda adı yer almış Slovakiya vətəndaşı Frantişek Mikloşko (František Mikloško) Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirli bilinir.

 

Radikal fikirləri ilə seçilən Frantişek Mikloşko Azərbaycanın işğal olunmuş ərazilərinə dəfələrlə qanunsuz səfər edib, işğal olunmuş ərazilərdə keçirilən qondarma seçkilərdə “müşahidəçi” kimi iştirak edib.

 

 

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə 25 may 2010-cu ildə İrəvanda keçirilən mətbuat konfransında “qondarma parlament seçkiləri müstəqillik haqqında özünəməxsus referendumdur”, “Qarabağın gələcəyi Ermənistanla birlikdə konfederasiyada birləşməkdədir” bəyanatları verib.

 

Növbəti ictimai çıxışlarında isə o, separatçı Dağlıq Qarabağ rejimi barədə “müstəqil dövlət kimi qəbul olunmalıdır”, “bizim üçün müstəqil dövlətdir” kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına çağıran açıq çağırışlar edib.

 

O, dini zəmində nifrətə çağıran ifrat bəyanatların da müəllifidir.

 

Frantişek Mikloşko Xristian Demokrat Hərəkatından Slovakiya Milli Şurasının, 1990-1992-ci illərdə Slovakiya Milli Şurasının spikeri olub.

 

2010-cu ildən ölkə daxili siyasətdən ayrıldığını iddia edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar