Azərbaycandakı məscidlərin sayı açıqlanıb
14.10.2016 918 0.0 0

Azərbaycanda 2166 məscid var.Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri - 25 il” mövzusundakı konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, 2166 məscidin 1500-ü gündəlik fəaliyyət göstərir: “Bu məscidlərdən 692-si dövlət qeydiyyatına alınıb. Azərbaycan məscidlərinin tutumu yarım milyon insanın ibadət etməsinə imkan verir”.

 

G. İsmayılov sovet vaxtı Azərbaycanda 17 məscidin fəaliyyət göstərdiyini bildirib: “Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 mədrəsə fəaliyyət göstərir. Dövlət qeydiyyatına alınmış mədrəsələr Şəki, Zaqatala və Bakıdadır. Hazırda Azərbaycanda 200-dən artıq Quran hafizi var"./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar