Azərbaycanda yeni orden təsis edilib
29.11.2016 595 0.0 0

Azərbaycanda "Əmək" ordeni təsis edilib.
Məlumata görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının “Əmək” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, "Əmək" ordeni ilə Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.
"Əmək" ordeni döşün sol tərəfinə, digər orden və medallar olduqda, "Vətənə xidmətə görə" ordenindən sonra taxılır.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb və qəbul edilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar