Azərbaycanda vətəndaşın evi qarət olunaraq yandırılıb
13.02.2016 486 0.0 0

Sumqayıtda ev qarət olunaraq yandırılıb.
 
Məlumata görə, hadisə fevralın 4-də Sumqayıt şəhəri “Metallurq bağları” deyilən  ərazidə baş verib. Naməlum şəxslər ev sahiblərinin evdə olmadığından istifadə edərək, əvvəlcə evi qarət edib, daha sonra isə izi itirmək məqsədilə yandırıblar.
 
Ev sahibi Musayev Vüqar Vahid oğlu açıqlamasında bildirib ki, hadisə baş verən vaxt evdə heç kəs olmayıb: “Mən ailəmlə birgə Ağstafa rayonuna getmişdim. Qaynım zəng vurdu ki, ev yanır. Dərhal Sumqayıta qayıtdım. Mən gələnə kimi yanğın söndürülmüşdü. Qaynım dedi ki, ev yandırılmazdan əvvəl qarət olunub. Doğurdan da evə girmək üçün pəncərəyə nərdivan dayamışdılar. Pəncərə də açıq idi. Polisə gedib ifadə verdim”.
 
Yanğın zamanı üç otaqlı yaşayış evinin bütün əşyaları yanıb. Yanğın nəticəsində evin tavan , döşəmə hissəsi və damı tamamilə yanaraq sıradan çıxıb. Ev yararsız hala düşdüyündən ailə iki azyaşlı uşaqla qohumlarının evində məskunlaşmağa məcbur olub.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 
Sumqayıt şəhər Polis İdarəsindən bildirib ki, faktla bağlı araşdırma davam edir. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar