Azərbaycanda tutulan nurçuların məhkəmə istintaqı başa çatıb
15.09.2015 499 0.0 0

Yasamal Rayon Məhkəməsində Azərbaycanda saxlanılan nurçuların cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 

Məlumata görə, prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı çıxışa hazır olmadığı üçün proses sentyabrın 23-nə təxirə salınıb.

 

Qeyd edək ki, hüquq-mühafizə orqanları ötən il 2013-cü ilin aprel ayında paytaxtın Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində axtarış aparıb. Axtarış zamanı evdə toplantı keçirən “nurçu” təriqətinin 41 üzvü saxlanılıb. Onların toplaşdığı mənzildən qanunla qadağan olunmuş dini ədəbiyyat, “nurçu” təriqətini təbliğ edən audio və video materiallar müsadirə olunub.

 

Saxlanılan şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

 

Səbail Rayon Məhkəməsinin qərarı ilə Eldəniz Hacıyev, İsmayıl Məmmədov və Rəvan Fərzəliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Sonradan onların barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

 

Onlar Cinayət Məcəlləsinin 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) maddəsi ilə təqsirləndirilirlər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar