Azərbaycanda «toy karvanı» qəzaya düşdü
21.04.2015 709 0.0 0
akı-Qazax yolunun 118-ci km-liyində, Hacıqabul rayonu ərazisində “toy karvanı” qəzaya uğrayıb.

 

Qazeta.info APA-ya istinadla bildirir ki, Bakı sakini 1958-ci il təvəllüdlü Rüstəmov Mülkədar Şamil oğlunun idarə etdiyi “MAN” markalı 90 ME 362 nömrəli nişanlı  yük maşını “toy karvanı”nda gedən İmişli rayon, Yalavac kənd sakini 1969-cu il təvəllüdlü Fərmanov Elxan Ağamoğlan oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Mercedes”də olan 2 nəfər sərnişin ağır kəllə beyin travması ilə Şirvan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

 

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hadisə ilə bağlı istintaq aparılır 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar