Azərbaycanda tanınmış rejissor dünyasını dəyişib
19.09.2016 540 0.0 0

 Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib.

 

Bu barədə Musiqili Teatrdan məlumat verilib. Teatrdan bildiriblər ki, bu gün aktrisa Nahidə Orucovanın 55 illik yubiley tədbiri Bakıdakı restoranların birində  keçirilib.

 

Məclisdə iştirak edən Ə. Kazımovskinin vəziyyəti qəfil pisləşib və rejissor dünyasını dəyişib.

 

Qeyd edək ki, Ə. Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” vəs filmlərin müəllifi idi. O, uzun illər AzTV-də çalışıb.

 

Ə. Kazımovski bəstəkar Rauf Kazımovskinin oğludur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar