Azərbaycanda tanınmış jurnalistin atası dəhşətli qəzada öldü (VİDEO)
26.03.2015 768 0.0 0

Bu gün Mingəçevir şəhərində baş verən yol qəzasında vəfat edənlərdən biri Azərbaycanın tanınmış jurnalisti Aynur Elgünəşin atasıdır.Qazeta.info  ANS PRESS-in məlumatına əsasən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Verilən məlumata görə, Aynur Elgünəşin atası Telman Qəmbərov bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qəzaya uğrayan 8 saylı xətt üzrə hərəkət edən avtobusda olub.

Qəzada A. Elgünəşin atası ilə yanaşı hələ ki, kimliyi məlum olmayan iki Ağdam rayon sakini də olub. Hadisə zamanı 12 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan birinin qolu amputasiya olunub.

Qeyd edək ki, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar