Tarix: 03.12.2016,   Saat: 08:39, Şənbə.          

Azərbaycanda tanınmış idmançı həbs edilib

Azərbaycanda tanınmış idmançı həbs edilib. Apasport.az saytı xəbər verir ki, K-1 döyüş növü üzrə məşqçi "Pro-Rinq” Rövşən Heybətov saxlanılıb.

 

Bu barədə vəkil Ceyhun Yusifov məlumat verib. Vəkilin dediyinə görə, o, 100 min manatı dələduzluq yolu ələ keçirilməkdə ittiham olunur.

 

Noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə Rövşən Heybətova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Ceyhun Yusifov bildirib ki, Xətai rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər./apa/



  Bölmə: Ölkə | Baxış sayı: 592 | Tarix: 01.12.2016, 00:54


Xəbərlər