Azərbaycanda taksi sürücüsü həmkarını baltalayıb
11.03.2017 793 0.0 0

İsmayıllı rayonunda taksi sürücüləri arasında baş verən dava zamanı qan tökülüb.

Məlumata görə, İsmayıllı şəhərindəki mərkəzi bazarın qarşısında 10-UK-483 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobilinin sürücüsü, rayonda taksi fəaliyyəti ilə məşğul olan 1964-cü il təvəllüdlü Nəsirov Xəyalət Allahverdi oğlu və həmkarı, “VAZ 21099” markalı minik avtomobilinin sürücüsü, 1964-cü il təvəllüdlü Nəcəfov Ramil Əliabbas oğlu arasında müştəriyə görə mübahisə yaranıb. Onlar bir-birlərini təhqir edib. Bu zaman R. Nəcəfov avtomobilindən baltanı götürərək X. Nəsirovun başına zərbə endirib. X. Nəsirov ağır kəllə beyin travması və kəsilmiş-deşilmiş yara ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar