Azərbaycanda silah zavodunda qəza baş verib-ölən var
06.07.2015 602 0.0 0
Şirvan şəhərindəki zavodlardan birində qəza baş verib.

 

Məlumata görə, hadisə bu gün saat 12 radələrində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) Telemexanika Zavodunda qeydə alınıb.

 

Zavodun sexlərdən birində baş verən qəza nəticəsində sexin tavan hissəsi çöküb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

 

Hadisənin baş vermə səbəbləri araşdırılır. Ölən və yaralananların adları dəqiqləşdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar