Azərbaycanda qatar motosikleti vurub
08.08.2016 499 0
Masallı rayonunda qatar motosikleti vurub.
DİN-in saytına istinadən verilən məlumata görə, avqustun 7-də saat 06 radələrində Masallı rayonunun Astanlı kəndində, qorunmayan keçiddə Bak-Astara sərnişin qatarı rayon sakini Səttar Nəhmətovun idarə etdiyi motosikleti vurub.
Nəticədə S.Nəhmətov hadisə yerində ölüb, sərnişini isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Şərhlər




