Azərbaycanda qadınlar hərbi xidmətə cəlb olunur
10.12.2015 579 0.0 0

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının qadın vətəndaşlarını könüllülük əsasında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edir. Qazeta.info bildirir ki, bu barədə Trend-ə DQ-dən məlumat verilib.

Xidmətə qəbulun şərtləri:

– hərbi xidmətə yararlı, fiziki hazırlıqlı, idman cüssəli;
– boy ölçüsü 170 sm-dən yuxarı;
– yaşı 19-dan aşağı və 25-dən yuxarı olmayan;
– ən azı orta təhsilli.

Hərbi xidmətin xüsusiyyətləri:

– xidmətə qəbul olunarkən əvvəlcə 3 illik müqavilə bağlanılır, xidmət müddəti başa çatdıqdan sonra müqavilənin müddəti dayandırıla və ya uzadıla bilər.

Hərbi xidmətə qəbul olunmaq istəyənlər həftənin I-III-V günləri saat 15:00-dan 17:30-dək, II, IV, VI günləri saat 09:00-dan 12:30-dək Daxili Qoşunların Baş İdarəsinin kadrlar şöbəsinə müraciət edə bilərlər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar