Azərbaycanda qadın əri ilə mübahisə edib özünü yandırdı
05.01.2017 1293 0.0 0

Həyat yoldaşı ilə mübahisə edən qadın özünü yandırıb.

Məlumata görə, hadisə Gəncə şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Abdullayeva Mehriban İnqilab qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə zamanı əsəbləşərək üzərinə neft tökərək özünü yandırıb. Müxtəlif yanıq xəsarətləri alan qadın yaxınlarının köməyi ilə xəstəxanaya aparılıb. Ona həkimlər tərəfindən tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar