Azərbaycanda pediatriyanın yeni sahələri üzrə həkim hazırlığına başlanılacaq
07.10.2019 88 0.0 0

Azərbaycan Tibb Universitetində (ATU) pediatriya ixtisasının alt sahələri üzrə də kadr hazırlığına başlanılacaq.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq, ATU-da uşaq kardioloqu, uşaq cərrahlığı, uşaq nevroloqu ixtisasları kadr hazırlığının aparılacağı ixtisasların siyahısına əlavə ediləcək.

Həmin ixtisaslar üzrə kadr hazırlığına 2020-2021-ci tədris ilindən başlanılacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı"nda ixtisasların sayı azaldılıb. Qərarla mövcud 175 ixtisas sayı 148-ə endirilib, o cümlədən 46 yeni ixtisas yaradılıb, 70-ə yaxın ixtisas isə birləşdirilib və ya ləğv edilib. Yeni təsnifatda "Bədən tərbiyəsi və idmanda reabilitasiya", "Fizioterapiya və tibbi reabilitasiya", "Məşqçilik" və s. adlı yeni səhiyyə ixtisasları yaradılıb..

Yeni yaradılan ixtisaslara qəbul 2020-2021-ci tədris ilində aparılacaq.


Digər xəbərlər:
Şərhlər
avatar