Tarix: 03.12.2016,   Saat: 19:35, Şənbə.          

Azərbaycanda Milli Antidopinq Agentliyi yaradılır

Azərbaycanda idmançıların dopinqdən istifadəsini aşkar etmək məqsədi ilə müstəqil Milli Antidopinq Agentliyi yaradılır.
Məlumata görə, bunu gənclər və idman naziri Azad Rəhimov Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, bu qurum beynəlxaq idman təşkilatlarının tələbinə əsasən yaradılacaq: “Milli Antidopinq Agentliyinin işinə idmançılarda dopinqin aşkar edilməsi, tibbi müayinələrin aparılması, testlərin tətbiq edilməsi, idmançıların dopinqdən istifadə ilə bağlı şikayətləri ilə bağlı məsələlər daxildir.”
O deyib ki, hətta Milli Antidopinq Agentliyinin tərkibində apellyasiya şuralarının, arbitrajın yaradılması da nəzərdə tutulur.
A.Rəhimov bildirib ki, hazırda nazirliyin tərkibində belə bir qurum fəaliyyət göstərsə də, o beynəlxalq anti-dopinq təşkilatları tərəfindən tanınmır.



  Bölmə: Gündəm | Baxış sayı: 195 | Tarix: 24.10.2016, 15:20


Xəbərlər