Azərbaycanda ilanla fala baxan falçı axtarışa verildi (FOTO)
03.06.2015 690 0.0 0

Bakıda məşhur ekstrasens dələduzluq etdiyinə görə axtarışa verilib. “Report”a istinadən verilən məlumata görə, ekstrasens Tamilla Salamova vətəndaşların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsəməkdə şübhəli bilinir. Onunla bağlı artıq iki nəfər zərərçəkən qismində Səbail rayon Polis İdarəsinə şikayət edib.

T.Salamova istintaqdan yayınaraq ifadə verməkdən boyun qaçırdığı üçün onun barəsində axtarış elan edilib.

Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışmanın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın “İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu” iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar