Azərbaycanda iki avtomobil toqquşub, sürücülər ölüb
10.01.2017 848 0.0 0

Şəmkir rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.Məlumata görə, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb. “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində “KİA”-nın sürücüsü, rayonun Yeniabad kənd sakini Cəmşid Əhmədov və digər sürücü Əbülfət Məmmədov hadisə yerində ölüblər. Məlumata görə “Toyota” markalı avtomobil şirkətlərdən birinə məxsusdur.

 

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar