AZƏRBAYCANDA İLK DƏFƏ MÜQƏDDƏS İMAM HÜSEYN HƏRƏMİNİN MƏDƏNİYYƏT HƏFTƏSİ AÇILIB
07.10.2015 1239 0.0 0

Oktyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində  Müqəddəs İmam Hüseyn hərəminin  (MİHH) Azərbaycanda təşkil etdiyi  mədəniyyət həftəsinin açılış mərasimi keçirilib.

Mərasim Quran tilavəti ilə açılıb. Tədbiri giriş sözü ilə açan Hərəmin idarə heyətinin sədri Seyyid Səhuddin Haşim mədəniyyət həftəsinin «Kərbəla sülh, əmin-amanlıq, məhəbbət sədasıdır» şüarı altında keçirildiyini bildirib.

Haşim qeyd edib ki, artıq 7 ölkədə keçirilmiş tədbir  Azərbaycanda ilk dəfə baş tutacaq.

«Azərbaycana  İmam Hüseynin, həzrət Zeynəbin, Əbülfəzl Abbasın torpağı olan Kərbəladan salam gətirmişəm. Azərbaycan və İraq xalqlarını bir-birinə bağlayan ruhani və İslami dəyərlər , Əhli-Beytə olan sevgisidir», deyə Haşim deyib.

20151007_162203Ruhani daha sonra əlavə edib ki, Yaxın Şərqdə İslamla heç bir bağlılığı olmayan amansızlıqların önünə keçmək üçün Kərbəlada sünni və şiə ruhaniləri birgə çıxış edir, hamını birliyə dəvət edirlər:  «İraq xalqı bu çağırışları  eşitdi və təsvirə gəlməz zülmə və İslam adına ləkə gətirənlərə, cəhalətə qarşı birləşdilər. İmam Hüseyn hərəminin rəhbərliyi 9 aprel 2003 tarixində yaranıb. Bu, səddam hökumətinin süqutundn sonra baş tutub. İraq xalqı ədalət, bərabərlik, dini etiqad və ibadət azadlığına nail olub. İmam Hüseyn hərəmi isə İslam dininin həqiqi mahiyətini yaymaq üçün bu illər ərzində diqqətəlayiq işlər görüb.»

 

 

İraqın Bakıdakı səfiri Heydər  Şiə al-Barrki çıxışında İmam Hüseynin bəşəriyyətə bir nümunə olduğunu vurğulayıb: «İmam Hüseyni qətlə yetirənlərin törəmələri  günümüzdə «xəvaric» adı altında əməllərini davam etdirir. Yaxın Şərqdə İslam adı altında törənən  ağlagəlməz vəhşilikləri Kərbəla çölündə baş verənləri xatırladır. Amma bütün bunlara baxmayaraq, İmam Hüseynin həyat və ölümü müsəlmanlara şərəf nümunəsi olub.»

 

Qafqaz Müsəlmanları Dini İdarəsinin nümayəndəsi Hacı Əlirza bildirib ki, dini əqidənin və imanın gücü əmin-amanlıq üzərində qurulub.  «Sovet İttifaqı dövründə Azərbaycanda dini əqidə azadlığı yox idi. Azərbacan müstəqillik qazanandan sonra isə ölkəmizdə vicdan və din azadlığı bərqərar oldu. İndi Azərbaycanda siyasi, iqtisadi stabilliklə bərabər dini etiqad azadlığı mövcuddur. Ölkəmizdə 200 000-dən çox sünni və şiə məscidləri fəaliyyət göstərir, amma sünni və şiələr bir məsciddə qarşılıqlı hörmətlə namaz qılır.»

Hacı Şahin çıxışında  İmam Hüseynə olan sevginin sünni və şiələri bir araya gətirdiyini  olduğunu qeyd edib : «Kərbəlada sünnilər və şiələr birgə İmam Hüseyn məqbərəsini qoruyur. Çünki İmam Hüseyn bütün  müsəlmanların müqəddəs və təqdirolunan müqəddəs şəxsiyyətidir.»

 

Tədbirdə  Kərbəladan gəlmiş İslam alimləri Şeyx Mustafa , Şeyx Əli  Qərahi,  Azərbaycanın tanınmış ruhaniləri Hacı Surxay, Hacı Şahin və digərləri iştirak edib. Açılış zalında Kərbəla və İmam Hüseyn məqbərəsinin foto şəkilləri sərgisi və İmam Hüseyn hərəmindən gətirilmiş qırmızı rəngli bayraq şümayiş olunub.

Nəftənin ikinci günü Bakı İslam Universitetində Kərbəla alimlərinin çıxışı olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar